Ölkə

Salyanda avtomobil aşıb, bir ailənin 6 üzvü xəsarət alıb

3 Oktyabr 2024 08:25
Baxış: 491
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Salyanda baş verən yol-nəqliyyat hadisəsi zamanı bir ailənin 6 üzvü xəsarət alıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan "Opel" markalı avtomobil qəfil idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində Biləsuvar rayon sakinləri, 2000-ci il təvəllüdlü Qurbanova Bənövşə Yaşar qızı, 1970-ci il təvəllüdlü Eynullayeva Nəzakət İdris qızı, 1997-ci il təvəllüdlü Qurbanova Gülxanım Ayaz qızı, 2021-ci il təvəllüdlü Qurbanova Gülsüm Ələkbər qızı, 2018-ci il təvəllüdlü Qurbanov Ələmdar Ələkbər oğlu və 1995-ci il təvəllüdlü Qurbanov Ələkbər Rəfail oğlu xəsarətlər alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəsrtəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.