İqlim dəyişikliyi dövlətləri müharibəyə sövq edir - Yunus Oğuz
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Politoloq: "Artıq yer kürəsində suyun bolüşdürülməsi uğrunda mübarizə gedir".
"Hazırda İran indiki mövcudluğunu qoruyub saxlamağa cəhd edir. Şərqdə söz sahiblərindən biri olmağa çalışır. İsrail isə bunun əleyhinədir". Bunu "Olaylar"a yazıçı-publisist, "Olaylar" qəzeti və eyniadlı informasiya agentliyinin rəhbəri, siyasi şərhçi Yunus Oğuz deyib. Politoloq bildirib ki, İran kifayət qədər yeraltı siyasi oyunlar oynayır: "Ballistik raketlər atmamışdan öncə ABŞ-yə diplomatik yolla xəbər göndərir ki, ballistik raketlərdən istifadə edəcək. Əslində bu gülməli bir məsələdir. Rəsmi məlumatlara görə, İranın bu hücumu zamanı xəsarət alan yoxdur. İki nəfər qolundan yüngülcə yaralanıb. İki raket Fələstin ərazisində qeydə alınıb ki, onlardan biri fələstinlinin başına düşüb. İran isə deyir ki, guya on beşə qədər F-16 vurub, xüsusi obyektlərə zərbə endirib. Təbii ki, İsrailin F-16-ları vurulsaydı, buna adekvat cavab verilərdi. Şübhəsiz ki, ballistik raketlərin atılması əvvəlki dron hücumu kimi eyni ssenarinin nəticəsidir. Bununla göstərmək istəyirlər ki, guya İsrailin addımlarını cavabsız qoymurlar".
Milli.Az olaylar.az-a istinadən xəbər verir ki, politoloqun fikrilərinə görə, burada tamam başqa bir məsələ var ki, Livanın cənubuna quru qoşunların yeridilməsi təkcə İsrail vətəndaşlarının, İsrail dövlətinin təhlükəsizlik məsələsi deyil. Burada məqsəd həm də Livanın cənubundan axan Litani çayına çıxmaqdır: "Artıq Livanın su hövzəsi uğrunda mübarizə gedir. Məqsəd ondan ibarətdir ki, bu su hövzəsinin ən azı Aralıq dənizinə axan sol hissəsini özününküləşdirsin. Yalnız bundan sonra sakitlik yaranacaq. Belə məlum olur ki, quru ərazi məsələsi arxa plana keçib. On illərdən çoxdur ki, həmin terror təşkilatları fəaliyyət göstərir. Bu müddət ərzində Livanla iki dəfə müharibə aparılıb, indi faktiki olaraq Livan müharibə aparmır, çünki "Hizbullah" var. Bu o deməkdir ki, su hövzəsinə çıxış üçün razılıq əldə olunub. Nəzərə almaq lazımdır ki, hazırda dünyada qlobal iqlim dəyişikliyi gedir ki, bu elə də adi məsələ deyil. Bizdə də belə bir açıqlama verildi ki, 20-30 faiz suyun azalması gözlənilir. Reallıq ondan ibarətdir ki, hazırda dünya su uğrunda müharibə aparır.
BMT-nin sessiyasından kənarda İran prezidenti Məsud Pezeşkian deyir ki, İran beş yerə ayrıla bilər, hətta onların adlarını da çəkir. Bu o deməkdir ki, artıq kifayət qədər qorxulu bir hadisəyə start verilib ki, İran bundan qurtulmaq istəyir. Amma, dövlətin parçalanmasından xilas olmaq üçün düzgün siyasət aparılmır. İran dünyada təcrid olunub, Avropa və Amerika da bəyanat verdi ki, İrana qarşı daha ağır sanksiyalar tətbiq olunacaq. Təbii ki, İran da görür ki, ölkə parçalanmaya doğru gedir. Bunun qarşısını hansısa dövlətə raket atmaqla almaq olacaqmı? Məlum olduğu kimi İranın raketləri bir saatdan tez İsrailə uca bilmir. Təsadüfi deyil ki, atılan raketlərdən on-on beşi İordaniya ərazisinə düşüb. Səs surətinə bərabər Amerika raketləri isə bu məsafəni üç-dörd dəqiqəyə dəf edir".
Politoloq hesab edir ki, müharibə qaçılmaz deyil, amma onun qarşısını da almaq olar: "Dünyada geosiyasi məsələlər artıq suyun bölüşdürülməsi ilə əvəz olunub. Artıq yer kürəsində suyun bolüşdürülməsi uğrunda mübarizə gedir. Hələlik su uğrunda mübarizə İsraildə başlanıb, sonra genişlənərək İrana da, bizə də gəlib çatacaq. Hazırda Afrika susuzluq dövrünü yaşayır. Çünki dünyada iqlim dəyişkənliyi baş verir. Səudiyyə Ərəbistanında qarın yağması təsadüfi deyil. Hazırda iqlim dəyişkliyi dövlətləri müharibəyə sövq edir. Bizdən fərqli olaraq o dövlətlərin yaxşı sığınacaqları var. Əfsuslar olsun ki, bizdə lazımi sığınacaqlar yoxdur. Müharibə üçün mütləq sığınacaqlar hazırlanmalıdır".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Selahattin Paşalının yeni işi
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
XƏBƏR LENTİ
-
Bu gündən etibarən avtomobilinizin şüşəyuyan suyunu dəyişdirin
-
Ən güclü intuisiyaya malik bürclər
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)





