Ölkə

Azərbaycanda vəzifəli şəxslər cəzalandırıldılar

26 Sentyabr 2024 14:13
Baxış: 1 146
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəran rayonunda, Şirvan şəhərində yerləşən tullantı poliqonlarında və Xocalı rayonu ərazisində Xocalı-Xankəndi avtomobil yolunun kənarında yerləşən maye qazdoldurma məntəqəsinin yaxınlığında tullantılar qalaqlanaraq yandırılıb.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, faktlarla bağlı Lənkəran Mənzil İstismar Kommunal Müəssisələr İdarəsinin rəisi Rövşən Lətifov və Şirvan Kommunal Kombinatı Müəssisəsinin rəisi Azər Abdıyev barəsində vəzifəli şəxs qismində, Füzuli rayonu Bəhmənli kənd sakini Rəhman Bayandurov barəsində isə fiziki şəxs qismində protokol tərtib olunub.

Sözügedən şəxslər inzibati məsuliyyətə cəlb ediliblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.