"Burada doqquz mebel mağazası var, amma onlardan ikisi artıq bağlanıb".
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri REAL TV-yə açıqlamasında Babək prospektində mağazası olan sahibkar Əhməd Akdeniz deyib.
O bildirib ki, avtobus dayanacağı əsas göstərilərək mağazaların qarşısında maşın saxlamağa icazə verilmir. Bu da mağaza sahibləri üçün böyük problemə çevrilir:
"Müştərilər mağazaya daxil olan kimi cərimə ilə bağlı xəbərdarlıq gəlir və onlar mağazanı tərk edirlər. Buna görə də alver ciddi şəkildə azalıb, hətta yox dərəcəsinə çatıb. Biz böyük bir sıxıntının içərisindəyik".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun