COP29-da bu iş yerləri bağlanacaq - Mühüm AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Noyabr ayının 11-dən 24-ə qədər davam edəcək COP29 tədbiri zamanı paytaxta dünyanın müxtəlif ölkələrindən təxminən 90 minə yaxın insan gələcək. Konfransla bağlı artıq aylar öncədən başlayan hazırlıq prosesi, demək olar ki, yekunlaşmaqdadır. Tədbir ərzində Bakıda təhsil müəssisələrinin artıq onlayn rejimdə fəaliyyət göstərəcəyi dəqiqləşib.
Bəs görəsən, məhdudiyyətlər başqa hansı sahələri əhatə edəcək?
Milli.Az bildirir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan millət vəkili Elman Nəsirov bildirib ki, tədbirdə iştirak üçün dünyanın müxtəlif ölkələrindən ən az 80-90 min qonağın gələcəyi gözlənilir:
"Noyabr ayının 11-24-ü ərzində, Azərbaycan Respublikası dünyanın ən böyük beynəlxalq tədbiri olan COP29 konfransına ev sahibliyi edəcək. Belə bir tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə beynəlxalq aləmdə olan etimadın göstəricisidir. Bu mühüm tədbir Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət kursunun təntənəsi kimi dəyərləndirilə bilər. Bu tədbir çərçivəsində təxminən 80-90 min insanın Azərbaycana gəlməsi gözlənilir. Dünyanın əksər ölkələri dövlət və hökumət başçıları səviyyəsində təmsil olunacaqlar. Həm də COP29 tədbiri Azərbaycan və Ermənistan arasında başlanmış sülh prosesinin mühüm tərkib hissəsidir. Əgər sülh prosesi olmasaydı, Ermənistan Azərbaycanın belə nəhəng tədbirə ev sahibliyi etməsinə imkan verməzdi və buna maneə olardı".
Deputat qeyd edib ki, tədbir ərzində təhsil müəssisələrindən başqa, bir sıra müəssisə və iş yerlərinin də onlayn fəaliyyəti nəzərdə tutulub:
"Heç şübhəsiz ki, qısa müddət ərzində 80-90 min insanın Azərbaycana gəlişi müəyyən mənada nəqliyyatda və digər sahələrdə məhdudiyyətləri özündə ehtiva edəcək. Bu şəksizdir, çünki burada təhlükəsizlik, yəni dövlət başçılarının qorunması məsələsi var. Bütün bu reallıqların fonunda, heç şübhəsiz ki, müəyyən məhdudiyyətlərin tətbiqi labüddür. Eyni zamanda, artıq indidən bəllidir ki, ali və orta məktəblərdə, ayrı-ayrı müəssisələrin fəaliyyətində də onlayn rejimə keçirilməsi mümkündür. Bu haqda müəyyən fikirlər, təkliflər səslənməkdədir. Amma ən əsası odur ki, bu nəhəng tədbirə ev sahibliyi etməklə, Azərbaycan bir daha bütün dünyaya öz gücünü göstərir, potensialını ortaya qoyur. Sanki bütün dünyanın ürəyi bu tədbir zamanı Azərbaycanda döyünəcək. Azərbaycandan dünyaya həm iqlim, həm də digər mühüm məsələlərlə bağlı mesajlar göndəriləcək. İndi mürəkkəb dünyamızın belə mesajlara ehtiyacı var və Azərbaycanın da təcrübəsi belə bir mühüm misiyanı şərəflə yerinə yetirək".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
XƏBƏR LENTİ
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama





