Heydər Əliyev Fondu və “Zamin” Beynəlxalq İctimai Fondu arasında memorandum imzalanıb - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Heydər Əliyev Fondu və "Zamin" Beynəlxalq İctimai Fondunun nümayəndə heyəti arasında görüş keçirilib. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və "Zamin" Beynəlxalq İctimai Fondunun icraçı orqanının rəhbəri Tamilla Əliyeva birgə əməkdaşlıq və həyata keçiriləcək layihələr barədə müzakirə aparıblar. Azərbaycan və Özbəkistan arasında qarşılıqlı münasibətlər, dövlət səviyyəsində yüksəksəviyyəli əlaqələrə hər iki ölkənin qeyri-hökumət təşkilatı kimi Heydər Əliyev Fondu və "Zamin" Fondunun verəcəyi töhfə diqqət mərkəzində olub.
Qeyd edək ki, "Zamin" Fondu Özbəkistanın dayanıqlı inkişafı və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə dəstək göstərilməsi, ətraf mühit və sosial sahədə layihələr həyata keçirir. Görüşdə təhsil, səhiyyə və mədəniyyət sahəsində gələcək birgə fəaliyyət nəzərdən keçirilib, eləcə də iki ölkə gənclərinin təcrübə mübadilələri, qarşılıqlı səfərləri müzakirə olunub.
Azərbaycanın bu ilin noyabr ayında ev sahibliyi edəcəyi COP29 çərçivəsində "Zamin" Fondu ilə əməkdaşlıq da diqqət mərkəzində olub.
Görüş zamanı Heydər Əliyev Fondu və "Zamin" Beynəlxalq İctimai Fondu arasında gələcək əməkdaşlığa dair memorandum imzalanıb.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Moskvada binada güclü yanğın - 60 nəfər təxliyə edilib
-
DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını darmadağın edib
-
Yup-yumşaq, tək-tək pizza resepti
-
Xəyalənin 14 yaşlı qızı - (Foto)
-
ABŞ-də təyyarə qəzası - ölənlər var
-
“Qarabağ” Martin Zlomisliçi transfer etdi
-
İsveçrədə ABŞ və İran arasında danışıqlar dayandırılıb - Yenilənib
-
Anadangəlmə yüksək intellektə malik 4 bürc
-
Akrobatlarımız Dünya kuboku seriyasının qalibləridir - (Foto)
-
Lökbatanda mikroavtobus yük maşınına çırpıldı - (Video)
-
Mürəbbə niyə günəş altında gözlədilir?
-
Bədii gimnastlarımız Dünya çempionatında (Foto)
-
Günay makiyajsız fotosunu paylaşdı
-
Tramp: Starmer istefa verəcək
-
Rəfail Mənsimzadə vəfat etdi - FOTO
-
Elgiz Əkbərin yeni işi
-
“Qarabağ” Bədavi Hüseynovla yeni müqavilə imzalayıb
-
Bakıda avtobus yaşlı qadının üstündən keçdi - (Video)
-
Tramp İrana sərt xəbərdarlıq etdi: “Hizbullah dəstəyi dayandırılmalıdır”
-
Azərbaycan Xarici İşlər Nazirliyi üzrə diplomatik xidmət imtahanının birinci mərhələsi keçirildi
-
Abşeronda yol-nəqliyyat qaydalarını pozan 45 motosikletçi saxlanılıb
-
Günəşdə güclü enerji partlayışı baş verib
-
İçərişəhərdə El Calor en Baku Beynəlxalq Tanqo Festivalı və Argentina Mədəniyyəti Həftəsinin möhtəşəm açılışı keçirilib - FOTO
-
Rusiyada göyərtəsində iki nəfər olan helikopterdən xəbər yoxdur





