Ölkə

Xarici diplomatlar Sərsəng su anbarında aparılan bərpa işləri ilə tanış olublar - FOTO

18 Sentyabr 2024 12:32
Baxış: 387
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda akkreditə olunmuş diplomatlardan, o cümlədən hərbi attaşelərdən və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərə səfər çərçivəsində Sərsəng su anbarına gəliblər.

Milli.Az report-a istinadən xəbər verir ki, diplomatlar su anbarının hazırkı vəziyyəti, bərpa prosesi və gələcək istismarı ilə bağlı planlarla tanış olublar.

Xatırladaq ki, səfər çərçivəsində nümayəndə heyətinin ilk dayanacağı "Suqovuşan" istirahət parkı olub və onlar burada aparılan bərpa işlərinin miqyasını dəyərləndirə biliblər.

Qeyd edək ki, səfərdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə 20-si səfir olmaqla 60-dan çox diplomat iştirak edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.