Ölkə

Səfir: Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclasının tarixi müzakirə olunur

18 Sentyabr 2024 12:26
Baxış: 363
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclasının keçirilmə tarixi hələ də müzakirə olunur.

Milli.Az xəbər verir ki, bu barədə "Report"un sualını cavablandıran Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov bildirib.

Diplomat vurğulayıb ki, bu məsələ Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Rusiyaya səfəri zamanı da nəzərdən keçirilib:

"Bu məsələ ötən gün müzakirə olunub. Amma nəzərə alsaq ki, baş nazirin müavinləri, bu komissiyaların rəhbərləri müntəzəm olaraq - demək olar ki, ayda bir dəfə görüşürlər, əminliklə deyə bilərik ki, bu komissiya daim işləyir".

Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş diplomatlardan, o cümlədən hərbi attaşelərdən və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti bu gün Kəlbəcərə səfərə yollanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.