Ölkə

Heydər Əliyev Fondunun Şamaxı rayonunda daha bir yeni məktəb layihəsi

16 Sentyabr 2024 18:25
Baxış: 424
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şamaxının Hacıqədirli  kəndində Heydər Əliyev Fondu tərəfindən inşa olunan 132 şagird yerlik yeni məktəb binası istifadəyə verilib. Yeni istifadəyə verilən məktəb binasının açlışında Heydər Əliyev Fondunun, Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəbin müəllim və şagird kollektivi, kənd sakinləri iştirak ediblər.

Heydər Əliyev Fondunun nümayəndəsi Şamil Əzizov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək, məktəbin yeni binasının istifadəyə verilməsi münasibətilə müəllim və şagirdlərə təbriklərini çatdırıblar.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, o cümlədən Şamaxıda son illər ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsindən, yeni tədris ocaqlarının tikilməsindən, bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən danışıb.

Məktəbin direktor əvəzi Şeyda Şeydayev çıxışında tədris ocağının zəruri avadanlıqlarla təchiz edildiyini diqqətə çatdırıb. Buna görə kollektiv və kənd sakinləri adından Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Xatırladaq ki, Şamaxı rayonunun Hacıqədirli kənd tam orta məktəbinin binası 1975-ci ildə inşa olunub. Bina istifadəyə yararsız vəziyyətdə olduğundan Heydər Əliyev Fondu tərəfindən 132 şagird yerlik yeni məktəb binasının inşası həyata keçirilib. İkimərtəbəli məktəb binası 3 korpusdan ibarətdir. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə tam təchiz edilib. Burada 10 sinif otağı, fizika, kimya laboratoriyaları, informatika, hərbi təlim və əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zallar, açıq idman meydançası var. Yeni tədris ocağı daimi su, istilik sistemi, eləcə də yanğın xəbərverici və videomüşahidə sistemləri ilə təmin edilib.

Məktəbdə 122 şagirdin təhsil  təlim-tərbiyəsi ilə 16  müəllim məşğul olacaq

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.