Ölkə

Azərbaycanda dəniz limanı infrastrukturunun dövlət mülkiyyətində olan obyekti icarəyə veriləcək

16 Sentyabr 2024 11:16
Baxış: 351
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nazirlər Kabineti "Liman infrastrukturunun dövlət mülkiyyətində olan obyektinin müsabiqə əsasında icarəyə verilməsi Qaydası"nı təsdiq edib.

Milli.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarlar imzalayıb.

Qərara əsasən, Qayda "Dəniz limanları haqqında" qanuna uyğun hazırlanıb və dəniz limanı infrastrukturunun dövlət mülkiyyətində olan obyektinin müsabiqə əsasında icarəyə verilməsi qaydasını müəyyən edir.

Qaydada liman infrastrukturunun dövlət mülkiyyətində olan obyekti dedikdə dövlət mülkiyyətində olan əmlaklar nəzərdə tutulur.

Obyektin müsabiqə əsasında icarəyə verilməsini icarə müqaviləsi bağlanılmaqla İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir və icarəyəverən qismində çıxış edir.

Obyektin müsabiqə əsasında icarəyə verilməsi zamanı bu Qaydanın tələblərinə cavab verən fiziki və hüquqi şəxslər icarəçi kimi çıxış edə bilərlər.

Dövlət Xidməti öz rəsmi internet informasiya ehtiyatında müsabiqə əsasında icarəyə verilən obyekt barədə elan yerləşdirir.

Müsabiqə əsasında icarəyə verilən obyektdən istifadəyə görə aylıq start icarə haqqının məbləği Qanuna və "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna uyğun olaraq müəyyən edilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.