Ölkə

Ələt-Astara magistralında AĞIR QƏZA: yaralananlar var - FOTOlar

16 Sentyabr 2024 06:54
Baxış: 669
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəlilabadda baş verən qəzada şəhidin xanımı xəsarət alıb.

Milli.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə yeni Ələt-Astara magistralının 99-cu kilometrliyində Cəlilabad rayonu ərazisində baş verib.

Gülnar Abdullayevaya məxsus 77 RY052  nömrəli "Hunday-Sonata" markalı avtomobil hərəkətdə olarkən, ötmə əməliyyatı aparan digər nəqliyyat vasitəsi tərəfindən vurulub. Vurulan avtomobil yol qoruyucularına çırpılıb.

Qəza vəziyyəti yaradan nəqliyyat vasitəsi isə hadisə yerindən uzaqlaşıb.

Qeyd edək ki, xanım sürücü şəhid Rəşad Abdullayevin həyat yoldaşıdır. Hadisə zamanı maşında onun 3 uşağı və qadın qohumu olub. Onlar yüngül xəsarətlər alıblar və hadisə yerinə gələn təcili yardım bölməsi tərəfindən ilkin yardım göstərilib.

Hadisə ilə bağlı araşdırma aparır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.