Ölkə

TƏBİB-in tabeliyindəki xəstəxanalarda elektron sistemdə problem yarandı

14 Sentyabr 2024 12:26
Baxış: 478
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrindəki İcbari Tibbi Sığortaya bağlı olan elektron sistemdə problem yaranması, buna görə xəstəxanalarda növbələr yaranması barədə məlumat yayılıb.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Trend quruma sorğu ünvanlayıb.

"14.09.2024-cü il tarixində səhər saatlarında internet təminatını həyata keçirən provayderlərin birində texniki nasazlıq yaranması səbəbindən bəzi tibb müəssisələrinin elektron qeydiyyat sisteminin fəaliyyətində fasilələr qeydə alınıb.

Problem qısa müddətdə aradan qaldırılıb və sistem tam olaraq fəaliyyətini bərpa edib", - TƏBİB-dən sorğuya cavab olaraq bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.