Köçürülən “Qadın həbsxanası”nın yerində yaşayış binası tikiləcək? - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir müddət öncə köçürülən 4 saylı Qadın Cəzaçəkmə Müəssisəsinin ("Qadın həbsxanası") əvvəlki ünvanında mövcud olan tikililərin sökülməsinə başlanılıb.
Milli.Az Sfera.az-a istinadən xəbər verir ki, 4 saylı "Qadın həbsxanası" əvvəllər Xətai rayonunun Afiyəddin Cəlilov küçəsi ilə Fəzail Bayramov və Natiq Əliyev küçələrinin kəsişməsində yerləşirdi. Dəniz sahilinə yaxın olan bu ünvanda "Qadın həbsxanası" 1948-ci ildən 2022-ci ilə qədər fəaliyyət göstərib.
2022-ci ildən isə müəssisənin məhkumları Zabrat qəsəbəsində qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni inşa olunan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisəsinə köçürülüb. Yeni müəssisənin inşası təxminən 10 il müddətinə (2009-2019) tamamlanıb və 350 nəfərlik qadın cəzaçəkmə, həmçinin 150 nəfərlik yetkinlik yaşına çatmayan şəxslər üçün nəzərdə tutulub.
Zabratda yerləşən cəzaçəkmə müəssisəsinin tikintisini "TTŞ" İnşaat şirkəti aparıb. Şirkətin məlumatına əsasən, yeni həbsxana 74,4 milyon manata başa gəlib. Bu məbləğə müəssisəyə aid binaların, yardımçı sahələrin tikintisi, təmiri, su, elektrik, kanalizasiya, ventilyasiya və isitmə sistemləri, mebel və avadanlıqların təchizatı daxildir.
Köçürülmədən sonra bir müddət istifadəsiz qalan Xətai rayonundakı köhnə tikili artıq sökülüb və ərazi tamamilə boş sahəyə çevrilib.
Sahəsi 15 min kvadrat metrdən çox olan bu ərazi çoxmərtəbəli yaşayış, biznes və inzibati binalarla əhatə olunub. Ərazi şəhər mərkəzinə, həm də yeni salınmış Ağ Şəhər bulvarına çox yaxındır.
İndi hamını maraqlandıran sual Bakının mərkəzi hissəsinə yaxın olan bu boş ərazidən hansı məqsədlərlə istifadə ediləcəyidir. Bununla bağlı aidiyyəti qurumlara, yəni Ədliyyə Nazirliyi, Xətai və Bakı şəhər İcra Hakimiyyətləri, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etdik, lakin məlumat ala bilmədik.
Həm sosial şəbəkələrdə yayılan məlumatlara, həm də əraziyə yaxın binalarda yaşayan insanların bildirdiyinə görə köhnə "Qadın həbsxana"sının yerində bir neçə yeni çoxmərtəbəli yaşayış binası inşa olunacaq.
İddialara görə "Qadın həbsxanası" mövcud olmuş tikililərin sökülməsi, ərazinin söküntü materiallarından təmizlənməsi də bununla bağlıdır.
Onu da bildirək ki, bu ərazidə mövcud olan yeni binalardakı mənzillərin qiyməti çox yüksəkdir. Binalarda mənzillərin bir kvadrat metrinin dəyəri təmir vəziyyətindən asılı olaraq 2500-3500 manat arasında dəyişir. Burada ən ucuz təmirsiz mənzillər 200 min manatdan, təmirli məzillər isə 280 min manatdan başlayır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Selahattin Paşalının yeni işi
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
XƏBƏR LENTİ
-
Telefon qabınızın altına dəfnə yarpağı qoyun
-
Bu gündən etibarən avtomobilinizin şüşəyuyan suyunu dəyişdirin
-
Ən güclü intuisiyaya malik bürclər
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat





