Ölkə

Saray körpüsündəki təhlükəli vəziyyətlə bağlı “Azəriqaz”dan açıqlama

11 Sentyabr 2024 10:16
Baxış: 425
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün öncə Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpünün qəzalı vəziyyətdə olması barədə məlumat vermişdik.

Körpüdən istifadə edən sürücülər Sumqayıtdan Bakı istiqamətində 2 əsas yoldan birinin üzərində yerləşən körpüdə təhlükəli vəziyyətin yarandığını bildirirdilər. Vətəndaşlar bu problemi "Azəriqaz" İB-nin əməkdaşlarının yaratdığını iddia ediblər.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı "Azəriqaz" İB-nin mətbuat katibi Eldəniz Vəliyev "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, hazırda sözügedən ərazidə Abşeron-Saray qaz xəttinin Sumqayıtla əlaqələndirilməsi işləri aparılır: "Bu da payız-qış aylarında həmin ərazidə yaşayan abonentlərin daha davamlı, təhlükəsiz və fasiləsiz qazla təmin olunmasına xidmət edəcək. Bununla bağlı əməkdaşlarımız çox ciddi işlərə başlayıblar. Körpünün dağıdılması ilə bağlı şikayətlər isə əsassızdır, qətiyyən belə bir hal yoxdur. Əməkdaşlarımız körpüyə yaxınlaşıb, amma üzərinə keçməyiblər".

Qurum sözçüsü qeyd edib ki, sakinləri əraziyə cəlb olunan ağır texnikalar narahat edə bilər: "Ona görə də avtomobillərin keçməsi üçün bir xətt saxlanılmışdı, bu da tıxac yaradırdı. Bunu nəzərə alaraq, sentyabrın 9-dan "Azəriqaz" İB işlərin gecə növbəsində aparılmasına qərar verdi. Beləliklə, tıxacın da qarşısı alındı. Vətəndaşlardan xahiş edirik ki, təşvişə düşməsinlər, körpüyə heç bir zərər yetirilə bilməz".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.