Ölkə

Faciəvi şəkildə ölən 25 yaşlı Nazimlə bağlı ürəksızladan fakt

8 Sentyabr 2024 17:26
Baxış: 3 197
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Beyləqan rayonunda ağır yol qəzası olub.

Milli.Az xəbər verir ki, qəzada həlak olan Nazim Rzayev barədə Publika.az yeni məlumat əldə edib.

Məlumata görə, o, hadisədən öncə toy məclisində iştirak edib. Toydan sonra sərxoş vəziyyətdə avtomobili idarə edən N.Rzayev Beyləqan-Daşburun yolunda idarəetməni itirib. Nəticədə avtomobil aşıb və N.Rzayev aldığı xəsarətlərdən vəfat edib.

Qeyd edək ki, mərhum ailəli olub. Onun 2 yaşlı qızı var.

Nazim Rzayev Şəmkir rayon sakinidir. O, Beyləqan rayon prokurorunun köməkçisi vəzifəsində çalışırmış.

 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.