COP29-un keçiriləcəyi dövrdə tibbi xidmətlərin təşkili üçün hazırlıq işlərinə başlanıldı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar ixtisaslı tibbi xidmətin göstərilməsi üçün ayrılan tibb müəssisələri arasında TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinika da yer alıb.
Milli.Az xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev və TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada aparılan hazırlıq prosesi ilə tanış olublar.
Rəsmilər Yeni Klinikanın Təcili və təxirəsalınmaz tibbi yardım, Reanimasiya və Stasionar şöbələrinə baxış keçirib, kliniki protokollara uyğun icra olunacaq tibbi xidmətlər barədə onlara ətraflı məlumat verilib.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib ki, Yeni Klinikanın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində xüsusi monitor və oksigen panelləri ilə təmin olunmuş 10 çarpayı, Uşaq təcili tibbi yardım şöbəsində 3, Stasionar şöbədə 10, Reanimasiya şöbəsində 4, Uşaq reanimasiya və intensiv terapiya şöbəsində 3 çarpayı və 1 əməliyyatxana tibbi xidmətə zərurət ehtimalını nəzərə alaraq tədbir üçün ayrılıb.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
WUF-a sədrlik Azərbaycandan Meksikaya təhvil verilib
-
Əməkdar artist xanımı ilə efirdə DUET OXUDU - VİDEO
-
"O mahnını oxuyub sənətdən gedəcəkdim, dünya ulduzuna ÇEVRİLDİM"
-
"Şengen" vizasını ən asan bu ölkələr VERİRMİŞ
-
Bu aktyorlara 11 min manatadək ödəniş ediləcək - SİYAHI
-
"Ayılanda ayaq barmağımdan başıma qədər göynəyirdi, halım DƏYİŞDİ”
XƏBƏR LENTİ
-
Kılıçdaroğlu CHP sədri oldu
-
WUF-a sədrlik Azərbaycandan Meksikaya təhvil verilib
-
Əməkdar artist xanımı ilə efirdə DUET OXUDU - VİDEO
-
Arbeloa “Real”dan gedir
-
Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etdi - FOTO
-
Kralın qardaşı ilə bağlı istintaqın DETALLARI - FOTO
-
"O mahnını oxuyub sənətdən gedəcəkdim, dünya ulduzuna ÇEVRİLDİM"
-
"Şengen" vizasını ən asan bu ölkələr VERİRMİŞ
-
Futbol azarkeşlərini yuxusuz gecələr gözləyir - Dünya çempionatı BAŞLAYIR
-
Bu aktyorlara 11 min manatadək ödəniş ediləcək - SİYAHI
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
"Ayılanda ayaq barmağımdan başıma qədər göynəyirdi, halım DƏYİŞDİ”
-
Sumqayıtdan Bakıya gedən sürücülərə XƏBƏRDARLIQ: Bu yol bağlandı
-
Reanimasiyaya yerləşdirilən Haluk Leventdən xəbər var - FOTO
-
Xərçəngə qalib gəldi - Belə QEYD ETDİ - VİDEO
-
“Klassikanın qovşağında doğan müasirlik” adlı mühazirə keçirilib - FOTO
-
Bakı-Tbilisi-Bakı qatar sərnişinlərinə ŞAD XƏBƏR: Bu xidmət pulsuz OLACAQ
-
"Ərimdən çox qazanıram, amma ondan PUL ALIRAM"
-
Azərbaycanlı avtoritet beynəlxalq axtarışa verildi
-
Ətin qiyməti 39 manata QALXDI
-
Azərbaycanlılar "07" ilə Los-Anceles küçələrində: “Bakılı balasıyam” sədaları... - VİDEO
-
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının bağlanış mərasimi keçirilir - CANLI
-
Tanınmış xanəndə ərə gedəcəyi bəydən DANIŞDI
-
İbrahim Tatlısəsin son halı gündəm oldu





