Məhərrəmlik ayında toy sektorunda yaranan sükut artıq başa çatmaq üzərədir.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bəy-gəlin maşının kirayəsi ilə məşğul olan şəxslər bildirirlər ki, indidən sifarişlər almağa başlayıblar. Avtomobillərin qiymətləri isə marka modelinə, ilinə, vəziyyətinə və toyun keçiriləcəyi ünvanın yaxın və ya uzaqlığına görə dəyişir.
Bu avtomobillərin sifarişi üçün yerində beh verilməsi kifayətdir. Siz həm sürücü ilə həm də sürücüsüz bu maşınları bir günlük icarəyə götürə bilərsiniz. Üstəlik istəyə uyğun olaraq bir neçə avtomobildən ibarət kortej də yaradılır.
20 ilə yaxındır bu sketoruda çalışan Rafael Səfərov deyir ki, toyu olan şəxslər diqqətli olmalıdır. Çünki, bu sektorda yeni dələduzluq üsulu yaranıb. Belə ki, sosial şəbəkə üzərindən toy günü üçün maşın sifariş etmək tövsiyə edilmir. Əks halda həm behiniz bata, həm də maşın tapa bilməzsiz.
Qeyd edək ki, bu avtomobillər tam bəzədilmiş formada müştərilərə verilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun