Ölkə

COP 29 ilə əlaqədar sərhədçilər tərəfindən silsilə tədbirlər davam edir - FOTO

20 Avqust 2024 17:02
Baxış: 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında sərəncamının icrası və ölkəmizdə keçiriləcək COP 29 ilə əlaqədar sərhədçilər tərəfindən silsilə tədbirlər davam edir.

Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında xidmət edən hərbi qulluqçuların iştirakı ilə Xəzər dənizinin Azərbaycan Respublikası ərazisinə aid olan hissəsində, sahildə və adalarda sanitar vəziyyətin lazımi səviyyədə saxlanılması məqsədilə müvafiq qaydalara, gigiyena və ekoloji normativlərə uyğun şəkildə məişət tullantılarının təmizlənməsi və Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonuna daşınması həyata keçirilib.

Azərbaycan sərhədçisi dövlət sərhədinin mühafizəsi və müdafiəsi ilə yanaşı gələcək nəsillərə təmiz dünya ötürmək naminə təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq, ekoloji tarazlığın bərpasına yardım məqsədilə təmizlik və abadlıq işlərinin aparılmasında əzmkarlıq və həmrəylik nümayiş etdirir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.