Ölkə

Azərbaycan vətəndaşı Polşada faciəvi şəkildə öldü

14 Avqust 2024 15:15
Baxış: 873
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

31 yaşlı Azərbaycan vətəndaşı Polşanın paytaxtı Varşavada yerləşən Frederik Şopen Beynəlxalq Hava Limanında ehtiyatsızlıq nəticəsində yıxılaraq həyatını itirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Polşanın Tvn24.pl portalına istinadən məlumat verib.

Məlumatı Varşava Şəhər Prokurorluğunun sözçüsü Pyotr Skiba da təsdiqləyib.

O, həyatını itirən şəxsin hava limanına hadisədən bir neçə dəqiqə əvvəl qeydiyyatdan keçmək və digər ölkəyə səyahət etmək üçün gəldiyini bildirib. Lakin prokurorluq əməkdaşı ölən vətəndaşımızın ad və soyadını deməyib.

Ölüm hadisəsindən dərhal sonra hadisə yerinə müstəntiqlər dəvət olunublar. Cəsəd yarılmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.