İndi Ermənistan bir neçə böyük güc mərkəzindən göstəriş alır - Azər Qarayev
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistanın 1990-cı illərdəki vəziyyəti ilə indiki durumu arasında ciddi fərqlər var. O vaxt Ermənistan yalnız bir güc mərkəzindən - Rusiyadan asılı idi, lakin indi Ermənistan bir neçə böyük güc mərkəzindən göstəriş alır və hər birinin tələblərinə uyğun davranmağa məcburdur.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev bildirib.
Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın hazırkı siyasi manevrləri, bir neçə güc arasında balans saxlamaq cəhdləri mürəkkəb və çətin bir vəziyyət yaradıb.
"Paşinyanın İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasiminə qatılması və orada İranın ali lideri Ayətullah Seyid Əli Xamneyi ilə görüşü, Tehran-İrəvan əlaqələrinin Qərb məhdudiyyətləri ilə üzləşdiyi bir vaxtda baş verdi. Ə.Xamneyi açıq şəkildə bəyan etdi ki, Cənubi Qafqazda xarici təsirlərə qarşı diqqətli olmaq lazımdır və bu, Ermənistanın İranla münasibətlərinə təsir edə bilər.
Ermənistanın Tehranın "təklif"lərini qəbul etməməsi, ABŞ, Fransa və Avropa İttifaqı qarşısında açıqlamalarını izah etmək məcburiyyətində qalması vəziyyəti daha da mürəkkəbləşdirir. Ermənistana nəzarət uğrunda mübarizə aparan İran, Fransa və ABŞ İrəvanı öz təsir dairələrinə çəkməyə çalışır. Bu da Ermənistanın suverenliyini qorumağa çalışarkən ciddi problemlər yaradır".
A.Qarayev qeyd edib ki, Birinci Qarabağ Müharibəsi zamanı Ermənistanın əsas dəstəkçisi Rusiya idi.
"Lakin sonradan İran, Fransa və ABŞ bu mübarizəyə qoşuldu və Cənubi Qafqazda geosiyasi üstünlük əldə etməyə çalışdı. ATƏT-in Minsk Qrupu bu prosesin bir hissəsi olaraq yaradıldı, lakin bu qurumun fəaliyyətləri nəticəsiz qaldı.
Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi də İranla münasibətlərində ciddi təsir göstərir. İran, Ermənistanın maraqlarına zidd olduğunu düşündüyü bu dəhliz layihəsinə qarşı çıxır. Bu vəziyyət, Ermənistanın Qərblə əlaqələrində də ciddi təsir göstərir və İrəvanın geosiyasi manevrlərini çətinləşdirir".
Onun sözlərinə görə, ABŞ-nin Ermənistanla bağlı maliyyə yardımları və Vaşinqtonun İrəvana təzyiqləri, Ermənistanın Qərblə daha da yaxınlaşmasına səbəb olur. Bu da Rusiya və İranın narahatlıqlarına səbəb olur və Ermənistanın geopolitik vəziyyətini daha da mürəkkəbləşdirir.
"Ermənistanın remilitarizasiya prosesinə sürətlə daxil olması, ABŞ, Fransa və digər Qərb ölkələrinin hərbi yardım və təlimləri ilə əlaqəlidir. Bu da Cənubi Qafqazda stabillik və təhlükəsizlik problemlərinin artmasına səbəb olur.
Nəticə etibarilə, Ermənistanın hazırkı geosiyasi durumu mürəkkəbdir. Bir neçə güc mərkəzi arasında balans saxlamaq cəhdləri, Ermənistanın suverenliyini və müstəqilliyini qorumaqda ciddi çətinliklər yaradır. Ermənistanın gələcək geosiyasi mövqeyi, bu güclərin regionda hansı strategiyaları izləyəcəyinə bağlıdır və bu da İrəvanın geosiyasi hərrac müstəvisindəki rolunu müəyyənləşdirəcək".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Premyer Liqa: "Turan Tovuz" "Araz-Naxçıvan"la heç-heçə edib
-
Putinin istirahət günü yoxdur - Peskov
-
65 və 82 faizli yağlar eyni deyil - Harada istifadə etmək lazımdır?
-
Niran Ünsalın 9 illik ailəsi dağılır
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Ətir seçərkən bunlara diqqət edin
-
Vergi xidmətinin əməkdaşı vəfat etdi
-
Putin "sürpriz" hazırlayır - ABŞ ordusunun generalı
-
Paolu Maldininin oğlu qəzaya düşdü
-
“Yeraltı”nın yayım tarixi bəlli oldu
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
-
Mingəçevirdə binada yanğın - Zəhərlənənlər var - (Foto)
-
Almaniyada yanacaq bahalaşdı
-
Bakıdakı dəbdəbəli toy diqqət çəkdi - (Foto-Video)
-
Saç qaynağının gizli təhlükəsi
-
10 günə 100 min özbək Rusiyadan getdi
-
Dünyada ilk dəfə belə döyüş oldu - (Video)
-
Selin Dion 6 il sonra səhnəyə qayıtdı - (Video)
-
ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı
-
Elgiz əməkdar artistlə verilişdə "söz savaşı"na çıxdı" - (Video)
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Əməkdar artist görünüşündə dəyişiklik etdi - (Video)
-
Həmin gündən 4 il ötdü... - (Fotolar)





