Sülh danışıqlarında mühüm irəliləyiş var - Əmirbəyov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistanla sülh danışıqlarında mühüm irəliləyiş var.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ABŞ-nin Hadson İnstitutundakı onlayn seminarda çıxışı zamanı deyib.
"Biz sülh sazişi istiqamətində mühüm irəliləyiş əldə etdik. Biz heç vaxt sülhə bu qədər yaxın olmamışıq. İndi hər iki ölkənin nəhayət, bu düşmənçilik fəslini bağlamaq, Cənubi Qafqaz regionunda vəziyyəti dəyişmək və bölgəni mehriban qonşuluq, sabitlik və sülh məkanına çevirmək üçün tarixi fürsəti var. Bildiyiniz kimi, bu proses uzun müddətdir ki, davam edir. Demək olar ki, otuz ildir vasitəçilik fəaliyyəti mövcud olub. Lakin ötən dekabrda hər iki ölkə qərara gəlib ki, danışıqları davam etdirmək, onları başa çatdırmaq üçün ən effektiv və ən perspektivli format ikitərəfli birbaşa formatdır. O vaxtdan bəri bir sıra mühüm nailiyyətlər, o cümlədən etimadın yaradılması baxımından uğurlar əldə olunub", - deyə Azərbaycan Prezidentinin nümayəndəsi bildirib.
Əmirbəyovun sözlərinə görə, danışıqlar masası üzərində olan sülh sazişinin mətninə nəzər salsaq, tərəflər onun başa çatmasına çox yaxındırlar.
"Azərbaycan bütün beynəlxalq ictimaiyyətin gözləntilərini doğrultmaq, eləcə də bu münaqişənin əsasında duran problemin, yəni Ermənistanın Azərbaycana ərazi iddiaları məsələsini birdəfəlik həll etmək üçün mümkün olan hər şeyi etmək niyyətindədir. Buna görə də biz ümid edirik ki, qalan çətinliklər qısa müddət ərzində lazımi qaydada həll olunacaq və biz təhlükəsiz, davamlı və dönməz sülhə nail ola biləcəyik".
Sülh müqaviləsinin imzalanmasının mümkün vaxtı barədə danışan Əmirbəyov qeyd edib ki, vaxtı açıqlamaq yersizdir.
"Bu, daha çox Ermənistan tərəfinin sülh sazişinin başa çatması yolunda qalan yeganə maneəni, yəni Azərbaycana qarşı Konstitusiyada təsbit olunmuş ərazi iddialarını aradan qaldırmaq qabiliyyətindən və istəyindən asılı olacaq. Artıq qeyd edildiyi kimi, sülh sazişinin mətninin böyük hissəsi razılaşdırılıb. Qalan məsələlərin hamısı həyata keçirilə bilər, lakin biz bu münaqişənin ən ekzistensial səbəbinə, daha doğrusu Ermənistan Konstitusiyasındakı ərazi iddialarına göz yumaraq, uzağa gedib sülh sazişi imzalaya bilmərik. Ona görə də bu məsələ nə qədər tez həll edilərsə, bir o qədər tez yekun qərara gələrik", - deyə Azərbaycan Prezidentinin nümayəndəsi bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanın və Türkiyənin birinci xanımları çay masası əsnasında söhbət ediblər - (Foto)
-
Peru mətbuatı Zəfər Günündən yazıb
-
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
-
Azərbaycan bayrağı Brandenburq qapısının önündə dalğalandı
-
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - (Foto)
-
Gəncə Dövlət Filarmoniyasında Zəfər Gününə həsr olunmuş “Qələbə nəğməsi” adlı konsert keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
-
Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırıb
-
Azərbaycanın və Türkiyənin birinci xanımları çay masası əsnasında söhbət ediblər - (Foto)
-
Rəcəb Tayyib Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər
-
Prezident İlham Əliyev və Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı Soyqırımı Memorialını ziyarət ediblər
-
Peru mətbuatı Zəfər Günündən yazıb
-
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
-
Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır
-
Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur
-
Azərbaycan bayrağı Brandenburq qapısının önündə dalğalandı
-
Prezident İlham Əliyev: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
-
Prezident İlham Əliyev Türkiyə ilə münasibətlər barədə: Heç kimə imkan vermərik ki, bizim aramıza girsin
-
Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar
-
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - (Foto)
-
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur
-
Prezident İlham Əliyev: Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq
-
Prezident İlham Əliyev: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Prezident İlham Əliyevdən Ərdoğana: Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir
-
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
-
Gəncə Dövlət Filarmoniyasında Zəfər Gününə həsr olunmuş “Qələbə nəğməsi” adlı konsert keçirilib - (Foto)
-
Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib
-
Fəxriyyə Xələfova Xurşidbanu Natəvana həsr olunmuş filmini böyük uğurla təqdim edib - (Foto)
-
Elnur Ənvəroğlu TVNET kanalına açıqlama verib - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - (Video)





