Mərdəkan yolunda taksidə əxlaqsızlıq - Həbs olunan var
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda sərnişinə qarşı əxlaqsız hərəkətlər edən "Bolt"un sürücüsü Yusif Quliyevin (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayət hadisəsi ötən ilin iyununda baş verib.
Belə ki, Nadya Vasilyevna (ad-soyad şərtidir) həmin tarixində gecə saat 03 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanına getmək məqsədilə "Bolt"un tətbiqində komfort taksi sifariş edib.
Xaricə gedən qadının məhkəmədə verdiyi ifadəsinə görə, aeroport istiqamətində hərəkət edən zaman sürücü avtomobili aşağı sürətlə sürüb və bu zaman qadına əxalqsız təkliflər edib.
Bir müddət sonra isə Mərdəkan şossesində qəza işıqlarını yandıraraq avtomobili saxlayıb və sürücü axra otuacağa keçərək qadına qarşı əxlaqsızlıq edib. Qadının ifadəsinə görə, Yusif Quliyev onu hadisə barədə heç kimə məlumat verməməklə bağlı təhdid edib.
Qadın isə aeroporta çatanda təyyarəyə minib və xarici ölkələrdən birinə gedib. Orada hadisədən təsirlənən Nadya Vasilyevna affekt vəziyyətinə düşüb və psixoloqa müraciət edib.
Bundan sonra qadın hadisə barədə yaxınlarına məlumat verib və o, yenidən ölkəyə qayıtdıqdan sonra sürücünün əməli ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.
Məhkəmədə təqsirləndirilən şəxs ona qarşı sürülmüş ittihamı qəbul etməsə də, müşahidə kameralarında Yusif Quliyevin magistral yolda avtomobili 20 dəqiqə saxladığı, ön oturacaqdan düşüb arxa oturacağa keçdiyi müəyyən edilib. Məhkəmə tibbi-ekzpertizasında da qadına qarşı əxlaqsızlıq törədildiyi öz təsdiqini tapıb.
Maraqlıdır ki, Yusif Quliyev qadına qarşı bu hərəkəti etdikdən sonra telefonu onun əlindən alaraq "Bolt"un tətbiqindən özünə "beş ulduz" verib.
Qeyd edək ki, taksi sürücüsü Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə təqsirli bilinib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu ayda doğulanlar 105 ildən çox yaşayırlar
-
Ərini öldürüb basdırdığı yerə gül əkən qadına 12 il HƏBS CƏZASI
-
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
-
Səhər yorğun oyanırsınızsa, səbəb gecə etdiyiniz bu səhvdir
-
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
-
Maşını gecə park edərkən bu səhvi etməyin
-
Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Tanınmış iş adamı vəfat etdi
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı





