ABŞ Azərbaycanla bağlı filmi niyə hər yerdən sildi? – FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"I əməliyyatı və Şurikin başqa macəraları" filminin məşhurlaşdığını görən ssenari müəllifləri Yakov Kostyukovski və Moris Slobodskoy 15 iyun 1965-ci ildə "Mosfilm" kinostudiyasına məktub yazırlar ki, biz filmin davamını çəkmək istəyirik. Yeni filmin ssenarisi "Şurik dağlarda" adlanırdı və 2 hissədən ibarət idi. Birinci hissə "Qafqaz əsiri", ikinci hissə isə "Qar adam və başqaları" idi. Sonradan filmin adı "Qafqaz əsiri və ya Şurikin yeni macəraları" seçilir.
Milli.Az xəbər verir ki, bu barədə tarixçi-alim Zaur Əliyev qeyd edib.
Film Sovetlər Birliyində o qədər populyarlıq qazanır ki, rejissor və ssenari müəlliflərindən biri olan Leonid Qayday və digər ssenari müəllifləri Yakov Kostyukovski və Moris Slobodskoy hər yerdə alqışla qarşılanır. Ölkə informasiya torunun içərisində olduğu üçün heç kim şübhələnmir ki, bu filmin ssenarisi, obrazları, rejissor işi plagiat və oğurluqdur.
Filmin orijinalı 1930-cu ildə "Oskar" kino mükafatına layiq görülən "Fırıldaqçının mahnısı" (The Rogue Song) idi. Rejissor Lionel Barrimor tərəfindən çəkilmiş Amerika romantik musiqili filmini olduğu kimi oğurlayan rejissor və ssenaristlər fakt üzə çıxandan sonra heç üzr də istəmədilər.
Qeyd edim ki, rejissorun qısametrajlı "Köpək Barbos və qeyri-adi qaçış" filmi də amerikanların səssiz "Şanlı it" (The Lucky Dog) filminin süjeti üzərində qurulub.
Amerikada çəkilən filmin tamamı yoxdur. O, çox tez alışan nitroselüloz olan 35 mm-lik plyonkaya çəkilib. Lakin bu filmin surətlərinin niyə yox olması sualına cavab vermir. Niyə birdən-birə Amerika qərar verdi ki, film tamamilə yox edilsin?
Yalnız 1981-ci ildə Kembricdə filmin son versiyasına daxil edilməyən kəsilmiş fraqment aşkar edildi. 90-cı illərdə Mendə daha bir neçə səhnə aşkar edildi. Filmin üç dəqiqəlik treyleri də bərpa olunub.
Lavrensi Tibbett, Katerina Dal Oven, Nensi Oneill, Ullriç Haupt və digərlərinin rol aldığı film 1910-cü il Çar Rusiyası dövründə Qafqazda baş verən hadisəni göstərir. Ssenari müəllifləri Robert Bodanzki, Con Kolton olan filmin süjeti belə idi:
"Rusiya, 1910. Quldur Yeqor kiçik dağ otelində Vera ilə tanış olur. Onlar bir-birinə aşiq olurlar, lakin tezliklə Yeqor onun qardaşı Sergeyi öldürür. Qız da Yeqoru hakimiyyətə təhvil verə bilir və o, amansızcasına şallaqlanır. Nəhayət, onlar hələ də bir-birini sevdiklərini başa düşürlər".
"Adi bir məhəbbət hekayəsi olan film niyə birdən-birə silinsin və bütün lentləri məhv edilsin" sualı uzun zamandır verilir və buna hərə bir izah verir. Lakin əsl səbəb başqa idi.
Sovetlərin çəkdiyi film Şimali Qafqazda baş verir, amerikanların çəkdiyi film isə Azərbaycanda. Fikir verin obrazların adlarına: Osman, Əli bəy, Mirzə, Həsən və digərləri.
Film Azərbaycan adət-ənələrini tam göstərir. Baş rolun ifaçılarının geyimləri də azərbaycanlılara məxsus geyim idi. Filmdə baş verən dialoqlar və bəzi səhnələr bizim xalqa məxsus obrazlara aid idi.
Bir haşiyə çıxım ki, Sovetlərin çəkdiyi filmdə yoldaş Saxov roluna Faiq Mustafayev namizəd olur. SSRİ xalq artisti olub, azərbaycanlıdır. Opera və Balet Teatrının bariton səsli solisti kimi Azərbaycanda əksər operalarda əsas ariyaların ifaçısı olub. Lakin Moskva rejissora azərbaycanlı obrazını filmdə verməyi qadağan edir, həm də ssenaristlər azərbaycanlı obrazına yer versəydilər, filmin oğurluğu üzə çıxardı. Ona görə də Vladimir Etuş seçilir.
Amerika 1915-ci il Osmanlı Türkiyəsində baş verən hadisələrdən sonra türklər və müsəlmanlara aid obrazların müsbət formada təqdim edilməsinə qadağa qoyur. Onlar düşünürlər ki, əllərinə osmanlılardan qisas almaq, türkləri mənfi və qəddar obrazda təqdim etmək üçün şans düşüb. Bu film isə türklərin müsbət və qonaqpərvər, şən və zərərsiz olduğunu göstərdiyi üçün qərar verilir ki, onun bütün lentləri yandırılsın və yox edilsin.
Buna görə də biz bu filmin orjinalına tam baxa bilmək imkanlarından mərhum olmuşuq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
XƏBƏR LENTİ
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı





