Xanımların evdən çıxmadan pul qazanacağı biznes - Ən çox hansı gəlir gətirir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yaxın keçmişə qədər əlində müəyyən məbləği olan insanlar özlərinə əsas və ya ikinci iş yeri yaratmaq istəyərkən ağıllarına ilk olaraq gözəllik salonu açmaq gəlirdi. Həmin dövrdə gözəllik salonu, gəlin maşınlarının kirayə verilməsi, gəlinliklərin kirayə verilməsi, internet kafelər, kiçik ərzaq dükanlarının açılması ağıla gələn ilk kiçik biznes ideyaları olurdu.
Son 10 ildə isə bu ənənəvi kiçik biznes sahələri ilə bərabər daha müasir biznes sahələri də inkişaf edib. Xüsusilə insanlar ikinci iş kimi çalışmaq istədiyi, sərbəst qrafikli, onlayn işlərə daha çox üstünlük verirlər.
Bu istiqamətdə bəzi yaradılan şəbəkə biznesləri olsa da, əksər hallarda bunlar uğurlu olmur.
Daha çox qadınlar evdən çıxmadan öz gəlirlərini təmin etməyə çalışır.
Milli.Az valyuta.az-a istinadla qadınlar üçün pul qazana biləcəyi bir neçə kiçik biznesi təqdim edir.
Tort və şirniyyatların hazırlanması - Bu biznes artıq ənənəvi biznes sayılsa da, hələ də öz aktuallığını itirməyib. Yaxşı əl bacarığı olan qənnadçıya hər zaman ehtiyac var. Xüsusilə dövrün tələbinə uyğun şokaladlardan, meyvələrdən hazırlanan şirniyyatlar aktualdır.
Kiçik keytrinq xidmətləri - Xüsusilə işləyən xanımların köməyinə hazır yeməklər çatdığına görə, onlar dadlı, ləzzətli və münasib qiymətə hazırlanan ev yeməkləri axtarışında olur. Bu müasir bizneslə insanlar həm adi, həm də xüsusi günlərində süfrələrini bəzəyə bilirlər. Bundan əlavə diyet yeməklər də artıq trend sayılır.
Öz evində uşaq dayəliyi - Bu bir az məsuliyyətli iş olsa da, evindən çıxmaq istəməyən xanımlar günlük, saatlıq xidmətlərlə uşaqlara dayəlik edə bilərlər.
Müxtəlif əli işlərinin hazırlanması - Bura aksesuarların hazırlanması, çantaların, geyimlərin, hədiyyəlik bir çox məhsulun - şamların, çərçivələrin, rəsmlərin hazırlanması daxildir. Bir az internetdə araşdırma aparandan sonra özünüzə uyğun olanı tapa bilərsiniz.
Toy xonçalarının kirayəsi və içinin dizayna uyğun yığılması, toy, nişan konfetlərinin hazırlanması - Son dövrlərin ən çox tələbatı olan kiçik bizes növlərindən biridir. Əgər insanlar əvvəl gücü çatan xonçaları almağa üstünlük verirdilərsə, indi daha yaxşı dizaynda bəzənmiş xonçaları kirayə götürməyə üstünlük verir.
Şəkillərin montajı, müxtəlif çap işlərinin hazırlanması - Evdən çıxmadan görülə bilən işlərdən biri də budur. Bunun üçün yaxşı kompüter bilikləri, qrafika, dizayn işlərini bilmək kifayətdir.
Blogerlik - Müasir dövrün son trendi. Müxtəlif konseptlər müəyyən edib video çəkir, özünüzə kontent yaradırsınız. Əsas olan isə izləyicini necə yığa bilərəm sualıdır. Fərqli və maraqlı kontentlərə hər zaman ehtiyac var. Bu gün hətta bir çox tanınmış şəxslər də öz sosial şəbəkə hesablarını böyüdərək bloger kimi fəalliyyət göstərir.
Onlayn alqı-satqı - Bu bizneslə məşğul olmaq istəyən xanımlar isə xarici alış-veriş saytlarını tanımalı və izləməlidir. Onlayn alqı-satqı müasir dövrün gəlir gətirən ən böyük biznes sahələrindən biridir.
Bu işləri isə qurmaq asan görünsə də, səbr, bacarıq, bir az da maddiyat tələb edir. Xüsusilə sosial şəbəkədən istifadə etmək bacarığı isə biznesin uğurlu olmasına səbəb ola bilər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Nigarın keçmiş nişanlısı danışdı: "Durduq yerdə aldadıb qaçmışam?”
-
Azərbaycanda məşhur bank bağlanır
-
REDMI Note 17 Series Azərbaycanda satışa çıxır - (Foto)
-
"PISA bizim üçün güzgüdür" - Emin Əmrullayev
-
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycandan sonra Ermənistana səfər edəcək
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
XƏBƏR LENTİ
-
Nigarın keçmiş nişanlısı danışdı: "Durduq yerdə aldadıb qaçmışam?”
-
Əkrəm İmamoğlu 2 il 1 ay həbs cəzasına məhkum edildi
-
Azərbaycanda məşhur bank bağlanır
-
“Sabah” ÇL-in tarixinə düşdü
-
REDMI Note 17 Series Azərbaycanda satışa çıxır - (Foto)
-
"PISA bizim üçün güzgüdür" - Emin Əmrullayev
-
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycandan sonra Ermənistana səfər edəcək
-
Rusiya Litvanı nüvə silahının hədəfinə çevirə bilər - Peskov
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
-
“Mançester Yunayted” 1016 gündən sonra Çempionlar Liqasında qol vurub
-
Şəkidə 4 nəfəri çaqqal dişlədi
-
İradə İbrahimova konsertində göz yaşları tökdü: “Onu itirdim” - (Video)
-
Türkiyədə inşaat ustası həftəsinə 39 min manat qazanır - (Video)
-
Əminə Şirinin səhhətində problem yarandı: "3 gün ayağa qalxa bilmədim" - (Video)
-
"Şəki yaylası"nda problem dəfələrlə olurmuş... - Görüntülər yayıldı - (Video)
-
Bakı metrosunda xətlər üzrə hərəkətlə bağlı mühüm yenilik
-
Xames Rodrigesin yeni klubu bəlli oldu
-
Hava yenə dəyişir: Leysan, dolu... - Proqnoz
-
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir
-
Məşhur türk müğənni reanimasiyaya yerləşdirildi
-
AKİ-yə sədr seçildi
-
O məni yalandan istədi - Nigar Tofiq
-
Azərbaycan Avtomobil Federasiyası adından saxta elektron məktublar göndərilib
-
Harri Keyn nadir rekordu təkrarladı





