Ölkə

32 il əvvəl itkin düşmüşdü, Ağdamda dəfn edildi - FOTO

15 İyul 2024 19:31
Baxış: 845
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Ağdam rayonunun Quzanlı qəsəbəsində  Birinci Qarabağ müharibəsi zamanı  itkin düşmüş hesab edilən şəhid Mirzəyev Məmməd Hüseyn oğlunun dəfn mərasimi keçirilib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, öncə Ağdam Dövlət Dram Teatrının qarşısında hərbi orkestrin müşayiəti ilə  vida mərasimi keçirilib. 

Mərasimdə şəhidin ailə üzvləri, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Cənazə namazından sonra şəhid yaylım atəşi ilə Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib, ruhuna dualar oxunub, məzarı üstünə əklil və gül dəstələri düzülüb.

Qeyd edək ki, 1967-ci ildə Ağdam rayonunun Güllücə  kəndində anadan olan Mirzəyev Məmməd Hüseyn oğlu Birinci Qarabağ müharibəsində Xocavənd  cəbhəsində gedən döyüşlərdə iştirak edib. 1992-ci il fevralın 17-də itkin düşüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.