Ölkə

İşğaldan azad edilmiş ərazilərdə neçə seçki məntəqəsi olacaq?

9 İyul 2024 17:04
Baxış: 487
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri yaradılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, məsələ barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov məlumat verib.

Azad olunmuş ərazilərdə 8 əlavə seçki məntəqəsinin yaradılması təklif olunub və səsverməyə çıxarılaraq qəbul edilib.

Beləliklə, parlament seçkilərində 34 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.