Ölkə

Maşın nömrəsini çıxarıb yerinə vatsap nömrəsi taxırlar - Polis araşdırır

6 İyul 2024 17:50
Baxış: 1 105
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda yeni dələduzluq növü yayılıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi N.Ağaverdiyev paylaşım edib. 

O bildirib ki, yaşadığı məhəllədə maşınının nömrəsini açaraq üstünə Rusiyaya məxsus vatsap nömrəsi qoyublar.  

Vətəndaş hadisədən sonra sözügedən nömrə ilə əlaqə saxlayıb, ona bildirilib ki, həmin şəxs Rusiyada yaşayır və məsələdən xəbəri yoxdur. Ardınca şikayətçi hüquq-mühafizə orqanlarına müraciət edib. Daha sonra həmin şəxslər nömrəni gətirərək polisə təhvil veriblər.  

Paylaşıma reaksiya verən digər sosial şəbəkə istifadəçiləri isə qeyd ediblər ki, bu hallara son vaxtlar tez-tez rast gəlinir. Əksər hadisələrdə isə maşın nömrələri tapılmır. Qoyulan vatsap nömrəsi ilə əlaqə saxlanılan zaman qarşı tərəfdəki şəxs pul müqabilində maşın nömrəsinin yerini deyir.

-------

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov bildirib ki, hadisə ilə bağılı araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.