Ölkə

O icazə versə, deputatlığa namizəd olacam - Fəzail Ağamalı

6 İyul 2024 11:31
Baxış: 1 029
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ana Vətən Partiyasının növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərarı gələn həftə olacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu APA-ya açıqlamasında VI çağırış Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.

Partiya sədri bildirib ki, artıq ilkin müzakirələr aparılıb, namizədlər demək olar bəllidir:

"Partiyanın Seçki Qərargahını yaratmışıq və səlahiyyətli nümayəndələrimizi Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etmişik. Namizədlərin irəli sürülməsi məsələsini isə partiyanın gələn həftə keçiriləcək iclasında müzakirə edəcəyik".

Fəzail Ağamalı seçkidə iştirak edib-etməyəcəyi məsələsinə də aydınlıq gətirib: "Belə niyyətim var, ancaq səhhətimdə ciddi problem yaranıb. 3 il qabaq ürəyimdən əməliyyat olunmuşdum. İndi yenə ürəyimdə problem var. Danışanda da təngənəfəs oluram. Ona görə bu günlərdə Türkiyəyə həkimə gedib yekun qərarımı verəcəyəm. Həkimin rəyindən sonra iştirak edib-etməyəcəyimlə bağlı qərarımı qəbul edəcəm".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.