Ölkə

Məkkədə hotelin lifti qırıldı: 2 azərbaycanlı zəvvar yaralandı - AÇIQLAMA

14 İyun 2024 16:12
Baxış: 1 176
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həcc ziyarətində olan iki azərbaycanlı xəsarət alıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, iyunun 14-də səhər Məkkədə hoteldə qalan iki zəvvar qadın liftin şaxtaya düşməsi nəticəsində yaralanıb.

Zəvvarların səhhəti barədə Oxu.Az-a açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri qeyd edib ki, xəsarət alanların sağlamlıq durumunda ciddi problem yoxdur:

"Zəvvarlar yüngül xəsarət alıblar, onlara ilkin tibbi yardım göstərilib və sağlamlıqları təhlükədə deyil".

Qeyd edək ki, Azərbaycandan həcc ziyarətinə səfər iyunun 4-dən başlayıb. Ümumilikdə 1 500 azərbaycanlı zəvvar təyyarələrlə iyunun 10-dək Məkkəyə çatdırılıb. Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə iyulun 2-dək Vətənə qayıdacaqlar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.