Ölkə

Bakıda "Ətçilər" kimi tanınan ərazidə nə tikiləcək?

14 İyun 2024 15:11
Baxış: 712
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda "Ətçilər" kimi tanınan ərazi tam sökülüb bitdikdən sonra abadlaşdırma aparılacaq.

Milli.Az xəbər verir ki, bu barədə Oxu.Az-a Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib.

"Hələ ki, orada hər hansısa bir tikintinin aparılacağı ilə bağlı məlumat yoxdur. Bu barədə danışmaq tezdir. Hələ ki, abadlaşdırılacaq, təmizlənəcək və bütün normalara uyğunlaşdırılacaq. Orada hər hansı bir tikinti işləri olduğu təqdirdə biz bu barədə mətbuata rəsmi məlumat verəcəyik", - deyə açıqlamada bildirilir.

Xatırladaq ki, Bakının Yasamal rayonu ərazisində fəaliyyət göstərən kafelər və ət dükanları sökülür.

Bildirilib ki, söküntü üçün əraziyə nümayəndələr gəlib, orada fəaliyyət göstərən kafe-kababxanaları sökməyə başlayıblar.

Qeyd edək ki, M.Xiyabani küçəsində fəaliyyət göstərən kafelər əsasən Füzuli və Cəbrayıl rayonundan olan məcburi köçkünlər tərəfindən inşa edilərək fəaliyyət göstərirdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.