Ölkə

Naxçıvanda yol qəzasında bir ailənin 3 üzvü xəsarət alıb - FOTOlar

10 İyun 2024 06:15
Baxış: 503
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Naxçıvan şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Milli.Az report.az-a istinadən xəbər verir ki, şəhərin Əziz Əliyev prospektində 75-BX-968 dövlət nömrə nişanlı "Mercedes" markalı və 75-BX-245 dövlət nömrə nişanlı "Nissan" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində bir ailənin 3 üzvü; Naxçıvan şəhər sakinləri - 1937-ci il təvəllüdlü Quliyeva Həcər Həşim qızı, 1961-ci il təvəllüdlü Həziyeva Hüsniyyə Həzi qızı və 1962-ci il təvəllüdlü Quliyev Səxavət Əhməd oğlu xəsarət alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.