Ölkə

Bakı bulvarında bu il də dəniz gəzintiləri mümkün olmayacaq? - AÇIQLAMA

5 İyun 2024 21:45
Baxış: 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yay mövsümündə Bakı sakinlərinin və qonaqlarının əsas istirahət məkanlarından biri dəniz kənarıdır. Bir qisim çimərliklərə üz tutursa, bəziləri də dəniz gəzintilərinə üstünlük verirlər.

Ancaq təəssüf ki, uzun müddətdir, gəzinti gəmilərinə minmək mümkün deyil.

Maraqlıdır, gəmi ilə səyahət niyə təşkil olunmur? Yaxın gələcəkdə bu fəaliyyətin bərpası üçün hansı addımlar atılır?

Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, gəmi gəzintilərinin dayandırılmasının səbəbi dənizdə suyun səviyyəsinin enməsidir:

"Dənizin səviyyəsinin enməsi ilə əlaqədar 2022-ci ildən gəzinti gəmilərinin fəaliyyətində fasilə yaranıb. Gəmilərin yenidən təhlükəsiz fəaliyyətinin bərpası istiqamətində mövcud vəziyyətin qiymətləndirilməsi aparılır".

Qeyd edək ki, 2022-ci ilin oktyabrına qədər 5 manat ödəniş etməklə gəzinti gəmisi ilə Xəzər dənizində 30 dəqiqə səyahət mümkün idi. Lakin artıq bir neçə ildir ki, bu gəmilərin fəaliyyəti dayandırılıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.