Ölkə

Nardarandakı çimərliyin çirklənməsi ilə bağlı görüntülər araşdırılıb

25 May 2024 23:26
Baxış: 491
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nardaran qəsəbəsi "Daçnik" adlanan çimərliyin sahilinin çirklənməsi ilə bağlı sosial şəbəkələrdə yayılımış görüntülərlə əlaqədar Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırma aparılıb.

Bu barədə Milli.Az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.

Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı dənizin sahilində çirkab su müşahidə edilməyib, lakin mamır və qırmızı yosun toplantısına rast gəlinib.

Xidmət rəsmisinin sözlərinə görə, fotolardakı görüntünün Xəzər dənizinin geri çəkilməsi səbəbindən mamır və qırmızı yosunun ərazidə toplanaraq suyun çirkab olması fonunu yaratdığı müəyyən olunub. "Vizual olaraq ərazidə tullantı suları aşkar edilməsə də, mütəxəssislər tərəfindən analiz olunması üçün sudan nümunə götürülüb. Laborator analizin nəticəsi müəyyən olunduqdan sonra tərəfimizdən əlavə məlumat veriləcək", - o deyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.