Ölkə

Spirtli içki qəbul edikdən sonra evini yandıran şəxs öldü - FOTOlar

9 May 2024 23:35
Baxış: 781
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

------
​22:45

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda öz evini yandıran şəxs ölüb.

Milli.Az xəbər verir ki, rayonun Didivar kəndində öz evini yandıran sakin, 1960-cı il təvəllüdlü Nurəddin Tarverdi oğlu Allahverdiyev hadisədən 3 saat sonra vəfat edib.

Onun ölümünə tüstüdən zəhərlənməsi səbəb göstərilir.

Faktla bağlı araşdırma aparılır.

------
22:45

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Babək rayonu, Didivar kəndində fərdi yaşayış evində yanğın barədə məlumat daxil olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, məlumatla əlaqədar Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının genişlənməsinə imkan verilmədən söndürülüb.

İlkin məlumata görə, ev sahibi, 1960-cı il təvəllüdlü Allahverdiyev Nurəddin Tarverdi oğlu spirtli içki qəbul etdikdən sonra evini yandırıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.