Ölkə

Şuşada olmaqdan xoşbəxtəm - ABŞ səfiri - VİDEO

6 May 2024 16:08
Baxış: 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi deyib.

"Biz iki aya yaxındır ki bu səfərə hazırlaşırdıq və mən şadam ki, bu səfər, nəhayət ki, baş tutdu. Qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Azərbaycanın bütün bölgələrinə səfərlərimi davam etdirməyi səbirsizliklə gözləyirəm", - deyə səfir vurğulayıb.

Qeyd edək ki, bu gün səfir Libbi xanımı Danusia ilə birlikdə Şuşaya səfər edib. Bu, ABŞ səfirinin Azərbaycan öz torpaqlarını erməni işğalından azad etdikdən 4 il sonra həmin ərazilərə ilk səfəridir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.