Ölkə

Vilayət Eyvazovdan yeni təyinat

6 May 2024 14:11
Baxış: 2 513
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Xankəndi Polis Şöbəsinə yeni təyinat olub.

Milli.Az report-a istinadən xəbər verir ki, əmrə əsasən polis kapitanı Alim Eldar oğlu Bağırov Xankəndi Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin yeni rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, A.Bağırov bundan öncə Göygöl rayon Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində çalışıb. O, Xocalı rayon Polis Şöbəsində rəis vəzifəsində çalışmış mərhum Eldar Bağırovun oğludur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.