Ölkə

Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış etdi - VİDEO

6 May 2024 13:08
Baxış: 471
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səhiyyə naziri Teymur Musayev elektron reseptlə bağlı əhaliyə çağırış edib.

Milli.Az-ın məlumatına görə, nazir elektron reseptin vətəndaşın sağlamlığına dair lazım olan məlumatı özündə cəmləşdirdiyini və əlçatanlığı təmin edən platformaya çevriləcəyini bildirib.

Onun sözlərinə görə, elektron resept istər əczaçı, istərsə sıravi vətəndaş, istərsə də həmin resepti yazan tibb işçisi üçün vahid platformadır: "Tədricən elektron resept bütün kağız reseptləri əvəzləyəcək. Yazılan bütün reseptlər tibb işçisinin və vətəndaşın mobil telefonunda qorunub saxlanılacaq. Buradan çağırış edirəm ki, hər kəs mobil tətbiqi öz telefonuna yükləsin. Çünki hər kəs bu sistemdən faydalanacaq".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.