Ölkə

Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO

6 May 2024 07:59
Baxış: 1 015
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yüksək hərarət, səpki, boğaz ağrısı...

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, son vaxtlarda uşaqlardakı bu cür simptomlarla bağlı müraciət edənlərin sayında artım müşahidə olunur. Bunu Uşaq xəstəlikləri üzrə mütəxəssis Elşən Tağıyev bildirir.

Mütəxəssis bildirib ki, qızılcayla oxşar simtomları olan bu xəstəliyin müalicəsində antibiotiklərdən istifadə edilməlidir. Streptakok adlı bu infeksiya ağır xəstəlik deyil, lakin bəzən ağırlaşmalar yarana bilər. Bu ağırlaşmalar revmatizma və böyrəklərdə fəsadlarla özünü büruzə verə bilər.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən 10 saylı uşaq poliklinikasından bildirilib ki, uşaqlarda olan yüngül boğazağrısı belə gözardı edilməməli, aidiyyəti üzrə poliklinikaya müraciət olunmalıdır.

Ətraflı süjetdə:

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.