Ölkə

Bakıda şadlıq evinin qarşısında dəhşət - Bir nəfər öldü - YENİLƏNİB - VİDEO - FOTO

6 May 2024 09:11
Baxış: 6 530
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

09:11

Bakının Nizami rayonunda avtomobilin vurduğu piyadalardan biri ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, qəza Bəkir Çobanzadə küçəsində baş verib.

1959-cu il təvəllüdlü Kəmalə Həmid qızı Bağırova və 1961-ci il təvəllüdlü Gülarə Oktay qızı Əfəndiyeva şadlıq evindən çıxaraq yolun əks tərəfinə keçmək istəyiblər. Həmin vaxt onları KIA markalı avtomobil vurub.

Piyadalar ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər. Xəstəxanada müalicə alan Gülarə Əfəndiyeva həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

---------
06:42

Bakıda yerləşən "Neptun" şadlıq sarayının qarşısında iki piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, toy mərasimindən çıxan iki nəfər qəza nəticəsində dünyasını dəyişib.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.