Ölkə

Ceyhun Bayramov IOFS-un baş direktoru ilə görüşüb - FOTO

4 May 2024 23:22
Baxış: 160
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bancul Sammitində iştirakı çərçivəsində Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatının (IOFS) baş direktoru Berek Eren ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Milli.Az-a bildirilib ki, görüş zamanı Azərbaycan və IOFS arasında əməkdaşlıq imkanları, ölkəmizin beynəlxalq yardım proqramları müzakirə edilib.

Ceyhun Bayramov ölkəmizin İƏT çərçivəsində müxtəlif sahələr üzrə ixtisaslaşmış qurumlar ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Azərbaycanın donor dövlət kimi beynəlxalq yardım fəaliyyəti barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, qida təhlükəsizliyi kimi vacib bir çağırış üzrə qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi fonunda, qida təhlükəsizliyi sahəsinin iqlim dəyişikliyi ilə bağlılığını nəzərə alaraq, COP29 çərçivəsində əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinin faydalı ola biləcəyini diqqətə çatdırılıb.

Baş direktor Berek Eren öz növbəsində Azərbaycana İƏT çərçivəsində aktiv fəaliyyət və töhfələrinə görə təşəkkür edərək, IOFS-nin missiya və proqramlarından bəhs edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.