Ölkə

Kobaxidze: "Gürcüstan Azərbaycan-Aİ “yaşıl dəhliz”i üzrə tərəfdaşlarla sıx əməkdaşlıqda maraqlıdır"

4 May 2024 20:36
Baxış: 312
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan Azərbaycan-Avropa İttifaqının (Aİ) "yaşıl dəhliz" layihəsində tərəfdaşlarla daha sıx əməkdaşlıqda maraqlıdır.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu ölkənin paytaxtında Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı çərçivəsində keçirilən Rəhbərlər Şurasının sessiyasının açılışında çıxış edərkən bildirib.

Baş nazirin sözlərinə görə, qlobal böhran fonunda beynəlxalq sabitlik, enerji və ərzaq təhlükəsizliyi üçün alternativ marşrutlar həlledici əhəmiyyət kəsb edir: "Bunu nəzərə alaraq, Qara dənizin dibi ilə elektrik və internet kabellərinin çəkilməsi, Qara dəniz boyunca bərə daşımaları və qarşılıqlı əlaqəni yaxşılaşdırmaqla bağlı digər layihələri təşviq etmək üçün tərəfdaşlarımızla daha sıx işləməyi gözləyirik".

İ.Kobaxidze onu da vurğulayıb ki, Gürcüstan Şərq-Qərb, Cənub-Şimal, Cənub-Şərq dəhlizlərinin tikintisini davam etdirir, nəqliyyat əlaqələrini və qarşılıqlı əlaqəni yaxşılaşdırır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.