Ölkə

İlin sonuna qədər Ağdamın üç kəndinə köçürüləcək ailələrin sayı açıqlandı

3 May 2024 12:51
Baxış: 658
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün işğaldan azad olunmuş əraziləri minalardan təmizlənir. Yeni və müasir şəhərlər tikilir, mədəni abidələr bərpa edilir. Diqqətə çatdırmaq istəyirəm ki, 2026-ci ilin sonunadək Ağdamın Xıdırlı kəndində 719, Sarıcalı kəndində 203, Kəngərli kəndində isə 292 evin tikintisinin başa çatdırılması nəzərdə tutulur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri BMT-nin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Ağdam şəhərində keçirilən "Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri" adlı xüsusi sessiyada çıxışı zamanı deyib.

Qeyd edək ki, Bakıda keçirilən "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları işğaldan azad olunan Ağdam şəhərində səfərdədirlər. Forum çərçivəsində Ağdam Konfrans Mərkəzində "Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri" mövzusunda xüsusi sessiya keçirilir.

Sessiyaya Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev moderatorluq edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.