Ölkə

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - FOTO

29 Aprel 2024 22:25
Baxış: 2 190
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın Dövlət Arxivindən əldə etdiyimiz Azərbaycan və Ermənistan arasında ərazi məsələləri ilə bağlı sənədlərdə tam dəqiqliklə bütün ərazilər göstərilib. Əlbəttə, biz Azərbaycan, yaxud Rusiya arxivlərindən əldə etdiyimiz sənədi göstərək, qarşı tərəf bunun yalan olmasını iddia edə bilərdi. Elə özlərinin arxivindən istinad veririk ki, hay-küy salmasınlar.

Milli.Az xəbər verir ki, bu sözləri tarixçi alim Zaur Əliyev qeyd edib.

O bildirib ki, həmin sənədlərdə bütün Azərbaycan-Ermənistan, Gürcüstan və Naxçıvan Muxtar Respublikasının sərhədləri dəqiq birgə komissiya tərəfindən müəyyən edilib:

"Ermənistana və Gürcüstana pay kimi, sənədsiz və rəsmi qərarsız verilən ərazilərin də adları çəkilir. Bu sənədlərin tam hamısını paylaşmaq istərdim. Sadəcə müəllif hüquqlarına hörmət edilməyən ölkəmizdə bunu etmək və zəhmətimizin kimlərsə tərəfindən yeyilməsinə qarşı ehtiyat edərək qısa hissəni paylaşıram. Qalan hamısı yeni layihə-kitabımda öz əksini tapacaq.

Sənədə fikir verin: Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin 5 avqust 1929-cu ildə Tiflis şəhərində keçirilən görüşünün 5 saylı protokolunda əks edilib bu məlumatlar.

Ermənistan arxivində fond 112, opis 2, sənəd 1412, vərəq 35-38, topoqrafik nüsxə kimi qeydiyyata alınıb.
O zaman Azərbaycan SSR və Ermənistan SSR arasında delimitasiya və demarkasiya barədə komissiyanın təqdim etdiyi xəritə və coğrafi koordinatlar üzrə iclasda qəbul edilən ərazilərin adları və yerləridir.

Başkənd ərazisi Ermənistan SSR-in deyil, Azərbaycan SSR-in tərkibinə verilməsi barədə qərar qəbul edilir. Bu məsələnin icrası da Mərkəzi İcraiyyə Komitəsinə tapşırılır.

Bu sənəd göstərir ki, Başkənd Azərbaycan ərazisi kimi həm Cümhuriyyət, həm Sovetlər dövründə, həm də Azərbaycan Respublikası tərkibində olub.

Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 25.1.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib "Artsvaşen" edilməsi də Azərbaycan SSR-in ərazi-inzibati vahidlərinə qarşı təcavüz sənədi kimi qəbul edilməlidir.

Ermənilərin orda yaşaması və çoxluq təşkil etməsi anklav hüququna daxil deyil. Çünki bu ikitərəfli razılıq əsasında olmalı idi. O zaman Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin razılığı və təsdiqi olmadığı halda Ermənistan rəhbərliyinin bu addımı hüquqa zidd addım sayılır".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.