Ölkə

Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var

19 Aprel 2024 08:38
Baxış: 410
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Salyanda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, Qalalı kəndində "Hyundai" markalı avtomobil "VAZ-21015"-lə toqquşub.

Qəza nəticəsində rayonun Arbatan kənd sakinləri - 2002-ci il təvəllüdlü Həsənov Kərim Rövşən oğlu, 2003-cü il təvəllüdlü Məmmədov Əlisəfa Telman oğlu və 2001-ci il təvəllüdlü Mənəfov Nurlan Abdul oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.