Ermənistan 29 mayda olmayıb: İrəvan kimə verilib? – Şok sənəd
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Birinci Ermənistan Respublikası" adlı Cənubi Qafqazda Azərbaycan torpaqlarında yaradılan dövlətin Gürcüstan və Azərbaycan Xalq Cümhuriyyətlərinin elan etdiyi formada istiqlal bəyannaməsi yoxdur.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə tarixçi alim Səbuhi Hüseynov qeyd edib.
O bildirib ki, bu dövlət erməni və Qərb tarixşünaslığının iddia etdiyi kimi 28 may 1918-ci ildə yaradılmayıb:
"Təqdim edilən sənəd sənəd göstərir ki, heç 30 may 1918-ci ildə də yaradılmayıb. Gördüyünüz bu sənəd 30 may 1918-ci ildə Erməni Milli Şurası tərəfindən qəbul edilərək başlığında "bəyannamə" yazılsa da, bu erməni xalqına müraciətdir.
Müraciətin tərcüməsi aşağıdakı kimidir:
"Bəyannamə
Zaqafqaziyanın tam siyasi çöküşü və Gürcüstan və Azərbaycanın müstəqilliyinin elan edilməsi nəticəsində yaranmış yeni vəziyyəti nəzərə alaraq, Ermənistan Milli Şurası özünü erməni vilayətlərinin ali və yeganə idarəetmə orqanı elan edir. Erməni Milli Hökumətini formalaşdırmağımıza mane olan müəyyən ciddi hallarla əlaqədar olaraq, Erməni Milli Şurası erməni vilayətlərinə siyasi və inzibati rəhbərliyi həyata keçirmək üçün bütün hökumət funksiyalarını müvəqqəti olaraq öz üzərinə götürür.
Erməni Milli Şurası
30 may 1918-ci il".
Göründüyü kimi, Batum sülh konfransına qədər hər hansı bir istiqlalını elan edən bəyannamə yoxdur. İstər Azərbaycan, istərsə də Gürcünstan dövlətin yaranması üçün onun forması, hüquqi əsaslar və əhaliyə verəcəyi hüquqları elan edən rəsmi istiqlal bəyannaməsi elan etdiyi halda, bəhs edilən bu imzasız sənəd bu gün ermənilərin əlində olan yeganə sənəddir. O zaman Azərbaycan Xalq Cümhuriyyətinin 3 saylı protokolunun da (İrəvanın ermənilərə verilməsi haqqında 29 may 1918-ci ildə qəbul edilən sənəd - red.) hüquqi qüvvəsi olmayıb. 29 may 1918-ci ildə hələ nəinki Ermənistan Respublikası yox idi, heç Erməni Milli Şurası erməni xalqına müraciət belə etməmişdi. Əslinə qalsa, bu günə qədər güzəşt edən tərəflə güzəşti qəbul edən tərəfdən ləğvetmə və mülklərin güzəşt edilməsi ilə bağlı sənədlər də yoxdur. İrəvan şəhəri oyuncaq deyildi. Bu şəhər həmin tarixdən bir neçə gün öncəyə qədər Zaqafqaziya Demokratik Federativ Respublikasına daxil idi və orada bir çox dövlət idarələri və onların mülkləri var idi. Bəs güzəşt zamanı bu mülklər necə bölünmüş və hansı komissiyalar bu işdə sənədləşdirilərək işlər aparmışdır? Əslində müstəqilliyi elan etməyən tərəfin komissiyalarda iştirakları hüquqi cəhətdən doğru idimi? Nə adla? Hansı dövlət adı ilə İrəvan şəhəri Azərbaycan Xalq Cümhuriyyətindən qəbul edilə bilinərdi?"
Alim qeyd edib ki, sənəd ABŞ-ın Massaçusets ştatında yerləşən Daşnaksütyunun arxivi tərəfindən elektron formada sərgilənir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Maşını gecə park edərkən bu səhvi etməyin
-
Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Tanınmış iş adamı vəfat etdi
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib





