Ölkə

Milli Məclisin yeni işçi qrupu yaradılır

5 Mart 2024 11:48
Baxış: 462
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə yeni işçi qrupu yaradılır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Azərbaycan-Filippin parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır.

Deputat Müşfiq Cəfərovun Azərbaycan-Filippin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri təyin edilməsi təklif edilir.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.