Ölkə

Ermənistan Ruslan Pənahovu Azərbaycana qaytaracaq - YENİLƏNİB - FOTO

4 Mart 2024 22:54
Baxış: 2 678
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

------

22:54

İrəvan xoşməramlılıq əlaməti olaraq və Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşma ilə azan hərbi qulluqçunun tez bir zamanda geri qaytarılması üçün Ruslan Pənahovu Azərbaycana təhvil verilməsinə qərar verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu bardə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd edək ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Ermənistan tərəfi isə şərti sərhədi keçən Azərbaycan əsgərinin saxlanıldığını bildirib.

Pənahov Ruslan Eldəniz oğlu haqqında Ermənistan İstintaq Komitəsi tərəfindən "təxribata cəhd", "qanunsuz silah-sursat saxlama", "irqi və dini dözümsüzlük zəmnində adam öldürməyə cəhd" maddələri ilə cinayət işi açılıb.

------

21:59

Ermənistan İstintaq Komitəsi azərbaycanlı hərbçi Ruslan Pənahovla bağlı cinayət təqibinə xitam verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Qeyd edək ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Ermənistan tərəfi isə şərti sərhədi keçən Azərbaycan əsgərinin saxlanıldığını bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.