Ölkə

Azərbaycan ilə BMT arasında iqlim dəyişikliyi ilə bağlı əməkdaşlıq müzakirə edilib - FOTO

29 Fevral 2024 21:55
Baxış: 522
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev BMT-nin Ətraf Mühit Proqramı üzrə icraçı direktoru İnger Andersenlə görüşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə COP29-un "X" hesabında paylaşım edilib.

Plastik tullantılarla çirklənmənin azaldılmasından iqlim dəyişikliyinə qarşı maliyyənin genişləndirilməsinə qədər əməkdaşlıq məslələri müzakirə edilib.

Qeyd olunub ki, Azərbaycan ikitərəfli təşəbbüslər çərçivəsində BMT-nin Ətraf Mühit Proqramı ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.