XİN: Paşinyan Azərbaycana qarşı növbəti böhtan xarakterli iddialar səsləndirib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fevralın 11-də Ermənistanın baş naziri Nikol Paşinyan "The Telegraph" qəzetinə verdiyi müsahibə zamanı Azərbaycana qarşı növbəti dəfə böhtan xarakterli əsassız iddialar səsləndirib.
Milli.Az report-a istinadən xəbər verir ki, bu Azərbaycan Xarici İşlər Nazirliyinin Paşinyanın müsahibə zamanı səsləndirdiyi iddialara dair şərhində yer alıb.
"Müsahibə zamanı, beynəlxalq razılıqların və öhdəliklərin yerinə yetirilməsini təşviq edən Ermənistan baş nazirinin təmsil etdiyi ölkəsinin beynəlxalq hüququn bütün norma və prinsiplərinə, habelə istinad etdiyi Alma-Ata bəyannaməsinə məram və məqsədlərinə zidd olaraq Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlaması faktının üzərindən keçməyə çalışması təəssüf doğurur.
Bununla yanaşı, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq, Azərbaycan ərazilərindən işğalçı qüvvələri çıxarmaması, ərazilərimizə silah-sursat, hərbi texnika və minaları ötürməkdə davam etməsi və digər kobud pozuntu və təxribatlar törətməsi barədə danılmaz faktlar Ermənistan tərəfinin əsl niyyətindən xəbər verir.
Ermənistan baş nazirinə həmçinin yaxşı məlumdur ki, Ermənistan tərəfi Praqa və Soçi görüşlərində və daha sonra Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, Azərbaycan ərazilərində yaratdığı qondarma rejimin saxta "müstəqilliyi" ilə bağlı 2023-cü ilin sentyabr ayında təbrik bəyanatları verməklə yanaşı, bu günədək beynəlxalq təşkilat və məhkəmələrdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaları davam etdirməkdədir.
Ermənistan tərəfinin Alma-Ata bəyannaməsinə qoşulan zaman verdikləri qeyd şərti, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa qarşı çıxan qüvvədə olan qanunvericilik aktlarının mövcudluğunu unutdurmağa çalışması da digər ciddi narahatlıq mənbəyidir.
Ermənistan tərəfi bu kimi təxribatlar və Azərbaycana qarşı siyasi manipulyasiya dolu fikirlər və addımlar əvəzinə, sözdə deyil, əməldə beynəlxalq öhdəliklərə riayət etməli və sülh prosesinə töhfə verməlidir", - XİN-dən bildirilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
1-ci kurs tələbəsi faciəvi şəkildə vəfat ETDİ
-
Qızıl 7700 manatı KEÇDİ
-
Türkiyədə 25 məşhur saxlanıldı - Serenay Sarıkaya, Mabel Matiz...
-
Azərbaycanlı müğənninin səhnədə oğlu ilə səmimi anları - VİDEO
-
İpoteka ilə satılan villanın aylıq ödənişi hamını HEYRƏTLƏNDİRDİ
-
Cəbrayıla növbəti köç karvanı yola salındı
XƏBƏR LENTİ
-
3 fərqli klubla bir Avropa kubokunu qazanan ilk MƏŞQÇİDİR
-
1-ci kurs tələbəsi faciəvi şəkildə vəfat ETDİ
-
Qızıl 7700 manatı KEÇDİ
-
Türkiyədə 25 məşhur saxlanıldı - Serenay Sarıkaya, Mabel Matiz...
-
Azərbaycanlı müğənninin səhnədə oğlu ilə səmimi anları - VİDEO
-
İran niyə geri çəkilmir? - 500 illik strategiyanın sirri
-
İpoteka ilə satılan villanın aylıq ödənişi hamını HEYRƏTLƏNDİRDİ
-
Cəbrayıla növbəti köç karvanı yola salındı
-
Maşınla yola çıxmamışdan əvvəl OXUYUN
-
Azərbaycan nefti kəskin UCUZLAŞDI
-
Təzyiqiniz qalxsa, tez bunu için - Hər kəsin evində var
-
Yeganə qolun assisti Nəriman Axundzadədən - VİDEO
-
Bakıda WUF13-ün beşinci günü start götürüb
-
Xəzərdə zəlzələ oldu
-
Avropa Liqasının qalibi bəlli oldu
-
Xalq artistinin ən böyük arzusu
-
Çiya toxumu nədir və faydaları nələrdir?
-
Pişiyiniz nə üçün sizlə yatır? - əsl səbəb tam fərqli imiş
-
Keçmişin yüklərindən qurtularaq zehni azad etməyin yolları
-
Karamelli çizkeyk resepti
-
Orqanizm üçün ən faydalı içki hansıdır?
-
Yayın vazgeçilməzidir, faydaları saymaqla bitmir
-
Gənc yaşda olan ürək problemlərinin əsas SƏBƏBİ
-
Ürək sağlamlığı üçün həftədə nə qədər idman etmək lazımdır?





