Qarabağ bitdi, Bakı ilə yeni münasibət… - Rus ekspert
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Düşünmürəm ki, Rusiyanın Cənubi Qafqazı tərk etməsi prosesi gedir, amma prioritetlər sisteminin dəyişməsi prosesi müşahidə edilir.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiyanın Xarici və Müdafiə Siyasəti Şurasının Rəyasət Heyətinin sədri, politoloq Fyodor Lukyanov erməni mediasına müsahibəsində deyib.
"Qarabağ münaqişəsinin belə dramatik şəkildə həlli və bu mövzunun təkcə Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə deyil, həm də Rusiya-Cənubi Qafqaz, o cümlədən Rusiya-Azərbaycan münasibətlərinin gündəmindən çıxarılması balansı dəyişir və münasibətlər baxımından, məsələn, Bakı ilə yeni imkanlar yaradır. Digər tərəfdən, Rusiyanın mövcudluğu hər zaman fərqli ölçülərə malik olub və olacaq. Uzun müddət bu, Ermənistanın təhlükəsizliyi üzərində qurulmuşdu. Söhbət SSRİ-nin dağılması ilə regionun əldə etdiyi miras, o cümlədən Qarabağ məsələsi ilə birbaşa bağlı olan münasibətlər sistemindən gedir.
İndi bu, dəyişir, müvafiq olaraq, Ermənistan rəhbərliyinin qaldırdığı təhlükəsizlik təminatı məsələsinə başqa cür baxılır. İstəməyən ölkəyə təhlükəsizlik zəmanəti vermək, yumşaq desək, çox çətindir.
Bu amil, bəli, dəyişə bilər. Amma aydın deyil ki, Ermənistan başqa təminatı harada axtarır. Bununla maraqlanan başqa oyunçular çox deyil, xüsusən də yaxınlıqda. Digər tərəfdən, ola bilsin ki, Ermənistan rəhbərliyi bütün bunlara başqa cür yanaşır. Paşinyanın bu yaxınlarda dedikləri hamı ilə münasibətlərdə hansısa başqa paradiqma elan etmək cəhdidir.
Bu şəraitdə iqtisadi məsələlər ön plana çıxacaq. Dəyişikliklərin və əvvəlki münasibətlər tipindən uzaqlaşmanın müşahidə olunduğu siyasi təhlükəsizlik sahəsindən fərqli olaraq, iqtisadiyyatda Rusiya-Ermənistan münasibətləri normal inkişaf edir. Son iki ildə baş verənlər yeni imkanlar yaratdı. İndi əvvəl olduğu kimi olmayacaq. Necə olacağını isə bilmirik", - ekspert qeyd edib.
Onun sözlərinə görə, Rusiyanın Cənubi Qafqazı tərk etdiyini söyləmək hələ tezdir:
"Əgər kimsə öz siyasətini bunun üzərində qurmaq qərarına gəlsə, o zaman səhv etmək riski var".
Lukyanov hesab edir ki, Şimal-Cənub dəhlizinin hər bir variantı (Ermənistan və Azərbaycan vasitəsilə - red.) özünəməxsus xüsusiyyətləri ilə seçilir və hər birinin öz müsbət və mənfi tərəfləri var:
"Rusiya öz maraqlarına uyğun olan, lakin sabitliyin pozulması səbəb olmayan variantı qəbul edəcək".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Tanınmış iş adamı vəfat etdi
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
XƏBƏR LENTİ
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Tanınmış iş adamı vəfat etdi
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
-
"Sizi süründürəcəyəm" - Elgiz əsəbiləşdi
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ





